Rəng qatının aysberqliyi

Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir. Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir, bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir görkəmdə ifadə edir, Belə əsərlərin çox vaxt zahiri görkəmi «aldadıcı” olur, lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiymiz Xanımbacı Məmmədova da belə yaradıcılardandır…
Davamı →

Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.
Davamı →

Əl ilə yaradılan möcüzələr ve naxışlar

Dekorativ-tətbiqi sənət növləri çox qədim zamanlardan mövcuddur. Onların arasında müxtəlif xalqlarda hörmə və toxuculuq xüsusilə geniş yayılmışdır.
İnsanlar hörməni dulusçuluqdan daha əvvəl öyrənmişlər. Qədim dövrdə insanlar uzun və yumşaq ağac budaqlarından yaşayış evləri, dam örtüyü, çəpər, qayıq, səbət, zənbil, müxtəlif ehtiyaclar üçün əşyalar hörmüşlər. Hörmə üsulu ilə ən müxtəlif materiallardan: qamışdan, iplərdən (kəndirdən), dəridən, məftildən, otlardan və çiçəklərdən müxtəlif əşyalar hazırlamaq olar.
Davamı →

Toğrul Nərimanbəyov

Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, monumentalist və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınır və sevilir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həm vətənimizdə, həm də bütün dünyada böyük şöhrət qazanmışdır.
Davamı →

Sakit Məmmədov

Azərbaycan incəsənətinin dünyada təbliğində böyük xidmətləri olmuş istedadlı rəssamlarımızdan biri də Sakit Məmmədovdur.
O hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi. Rəssam gənc yaşlarından öz dəstxəti və üslubunun yaranmasına can atırdı. Onun tələbəlik işləri dəfələrlə sərgilərdə nümayiş etdirilmiş, böyük uğurla qarşılanmışdı. Sakit Məmmədov rəngkarlıq əsərlərini onların bütün detal və incəliklərini — rəng, ton, forma, üslub və cərəyanları öyrənərək yaradırdı. Zaman keçdikcə o, şux kolorit və qüsursuz kompozisiyanın hakim olduğu öz dəstxətini dəqiqləşdirdi.
Davamı →

Fərhad Xəlilov

Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlarımızdan biri də Fərhad Xəlilovdur. Öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubu onu başqalarından fərqləndirir. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, eləcə də Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilov çoxillik axtarışlarının nəticəsi olaraq özünəməxsus bədii üslubunu yaratmışdır. Onun yaratdığı üslub — şərti-fəlsəfi bədii formalar üslubudur. Rəssam daha cəsarətli və kəskin ümumiləşdirmə yolu ilə gedir: onun əsərlərində dağ elə dağdır, tikililər isə — onlardan doğan təəssürat, obrazdır. Rəssam əşyanın zahiri formasını hansısa güclü, gərgin hiss ilə əlaqələndirməyi bacarıb. Onun sənətində olan simvolika düşündürücü forma üslublarında öz əksini tapmışdır.
Davamı →

Azərbaycan nağılı | Arif Hüseynov

Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi dəyərlərimizə göstərdiyi münasibətinin parlaq ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Davamı →

İmpressionizm: Təəssüratların poeziyası

XIX əsrin ortalarınadək rəssamlar emalatxanalarda, studiyalarda insan, mənzərə və ya tarixi hadisələr mövzusunda əsərlər yaradırdılar. Sonralar rəssamlar rəngkarlıqda yaradıcılıq zamanı yeni yanaşma və metodlardan istifadə etməyə başladılar. Artıq onları akademizmin1 məqsəd və vasitələri qane etmirdi. İncəsənət tarixində ilk dəfə bir qrup gənc rəssam əsərlərini emalatxanada deyil, açıq havada yaratmağı özləri üçün qaydaya çevirdi. Onlar dəyişən mühitdə işıq və rəng keçidinin bütün məqamlarını dəqiqliklə təsvir etdilər. Parisdə keçirilən sərgidən sonra bu rəssamları impressionistlər adlandırdılar. Bu söz onların yaratdığı əsərlərə çox uyğun gəlirdi, çünki rəssamlar bilavasitə gördüklərindən aldıqları təəssüratları təsvir edirdilər.
Davamı →

Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır.

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər.İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib. 
Davamı →